May 17, 2018 10:07 Asia/Baku
  • Qulaməli Xoşru - İranın BMT-dəki nümayəndəsi
    Qulaməli Xoşru - İranın BMT-dəki nümayəndəsi

İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi çərşənbə günü İsrail rejiminin fələstinlilərə qarşı cinayətlərini qınayaraq, deyib: İran Fələstin xalqı ilə öz həmrəyliyini elan etməklə yanaşı, fələstinlilərin Qüdsün paytaxt olması ilə Fələstin ölkəsinin təsis edilməsi yolundakı mübarizələrini də dəstəkləyir.

İRNA-nın məlumatına görə, Qulaməli Xoşru İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin BMT-dəki nümayəndələrinin iclasında İsrailin Fələstin xalqına qarşı yeni zorakılıq dalğasına işarə edərək, deyib: İsrail rejimi 30 mart tarixindən bəri 111 fələstinlini şəhid edib, 10 min nəfəri isə yaralayıb. 

İranın BMT-dəki nümayəndəsi sadəcə 14 may tarixində 60-dan çox fələstinlinin Qəzzədə İsrail hərbçiləri tərəfindən şəhid edildiyini deyərək, əlavə edib: Bu cinayətlərlə bir vaxtda İsrailin baş naziri Netanyahu və qonaqları ABŞ səfirliyinin Qüdsə köçürülməsini bayram edirdi. Bu, həqiqətən rüsvayçı bir gün idi. 

Xoşru İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdən Fələstin xalqını müdafiə etmək və dəstəkləmək üçün bütün imkanlarını səfərbər etmələrni istəyib. 

Teqlər