May 17, 2018 15:59 Asia/Baku
  • Təhlükəsizlik Şurası
    Təhlükəsizlik Şurası

Birləşmiş Ştatlar BMT-nin Təhlükəsizlik Şurasının istənilən regional böhran ilə bağlı iclasında İranın adını ortaya atmaqla İrana qarşı mənfi təsəvvür formalaşdırmağa çalışır.

Təhlükəsizlik Şurasının iclası. Mövzunun Suriya və ya Yəmən olmasının heç bir fərqi yoxdur. Fələstin və ya Şimali Koreya olması da nəyisə dəyişmir. Amerika yenə də mövzunu İranın üzərinə çəkməyə çalışır. İranin BMT-dəki səfiri Qulaməli Xoşru isə bu barədə deyir: “Amerikalılar İran məsələsini qlobal bir təhlükəsizlik məsələsinə çevirməyə çalışırlar. Biz isə keçmişdə olduğu kimi indi də ABŞ-ın bu cəhdini önləməyə çalışırıq.”

ABŞ-ın strategiyası yeri gəldi-gəlmədi Təhlükəsizlik Şurasının istənilən münaqişə ilə bağlı  iclasında İranın adını ortaya atmaqdır. Baxmayaraq ki, Təhlükəsizlik Şurasının digər üzvləri indiyə kimi ABŞ-ın bu strategiyasına heç bir əhəmiyyət verməyiblər. \

 

 

Teqlər