May 18, 2018 12:10 Asia/Baku
  • Ruhani: Sionistlər və amerikalıların hədəfi, İslam dünyasının diqqətini Fələstin məsələsindən yayındırmaqdır
    Ruhani: Sionistlər və amerikalıların hədəfi, İslam dünyasının diqqətini Fələstin məsələsindən yayındırmaqdır

İran İslam Respublikasının prezidenti vurğulayıb: Sionistlər və amerikalılar İslam dünyasının diqqətini Fələstin məsələsindən başqa məsələlərə yayındırmaq istəyir və hər gün İslam dünyası üçün problemlər yaradırlar.

Həsən Ruhani bu gün İslam Əməkdaşlıq Təşkilatının fövqəladə sammitində iştirak məqsədilə İstanbula yola düşməzdən öncə Tehranda müxbirlər qarşısında deyib: İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının İstanbulda keçirilən sammiti Amerika səfirliyinin qanunsuz şəkildə Qüdsi-Şərifə köçürülməsi və sionistlərin cinayətlərinin pislənilməsi, həmçinin məzlum Fələstin xalqına dəstəyin elan olunması istiqamətində İslam dünyası üçün bir fürsətdir.

İran prezidenti Amerika səfirliyinin Qüdsi-Şərifə köçürülməsini BMT Təhlükəsizlik Şurasının qərarlarına, həmçinin beynəlxalq qayda-qanunlara zidd hərəkət adlandırıb və belə deyib: Bu hərəkət İslam ölkələrinin hiddətinə səbəb olub və bu gün Amerika İslam dünyasının ümumi fikrinin yanında hər zamandakından daha mənfur olubdur.

Teqlər