May 18, 2018 14:37 Asia/Baku
  • Tehranın cümə namazı xitabətçisi: Amerika səfirliyinin Qüdsə köçürülməsi dünya üçün ən mühüm faciədir
    Tehranın cümə namazı xitabətçisi: Amerika səfirliyinin Qüdsə köçürülməsi dünya üçün ən mühüm faciədir

Tehranın cümə namazı xitabətçisi deyib: Amerika səfirliyinin Qüdsə köçürülməsi qanunsuz sionist rejimin təsis olunduğu zamandan bəri dünya üçün ən mühüm faciə və müsibətdir.

Höccətulislam vəlmuslimin Kazem Seddiqi Tehranın buhəftəki cümə namazı xütbələrində Amerika səfirliyinin Qüdsə köçürülməsini bütün beynəlxalq qanunlara və fələstinlilərin öz ana vətənlərinə olan qanuni hüquqlarına zidd adlandırıb və bildiribdir ki, fələstinlilər Amerikanın bu hərəkəti qarşısında ayağa qalxıb və sionist hərbçilər onları qətli-am ediblər.

Tehranın cümə namazı xitabətçisi söyləyib: Günahsız və silahsız fələstinlilərin sionist rejim hərbçiləri tərəfindən qırğın edilmələri bu qanunsuz rejimin, Amerikanın və onun regiondakı himayədarlarının işinə əlavə olunan digər bir biabırçı vərəqdir.

Höccətulislam vəlmuslimin Seddiqi bildirib ki, Fələstin, uşaqqıran sionist rejimin ən kəskin zülmlərinə məruz qalıbdır. O, əlavə edib: Dünya xalqları və dövlətlərinin etirazlarına rəğmən, təəssüflə, Amerikanın və Qərbin hökmranlıqları altında olan regiondakı bəzi ərəb ölkələri sionist rejimin cinayətləri qarşısında sükuta dalıblar.

Tehranın cümə namazı xitabətçisi qeyd edib ki, sionist rejimin fələstinliləri qırması bu rejimin məhvə doğru hərəkətini sürətləndiribdir.

O, həmçinin Amerikanın nüvə anlaşmasından çıxmasını İran xalqının Amerikaya həmişəlik etimadsızlığının sübut olunmasının nişanəsi adlandırıb və deyib ki, İranın nüvə anlaşması barədə avropalı ölkələrlə müzakirələri möhkəm və real zəmanətlərin alınması ilə yanaşı olmalıdır.