İyun 11, 2018 08:30 Asia/Baku
  • İslam inqilabının böyük rəhbəri: İranın Fələstin üçün məntiqli həll yolu, həqiqi fələstinlilərin iştirakı ilə referendumun keçirilməsindən ibarətdir

İslam inqilabının böyük rəhbəri dünən günortadan sonra avropalıların sionist rejimin Qəzzə və Qüdsdə törətdiyi cinayətlər qarşısında susmalarını tənqid edərək bildiriblər: Tarixi Fələstində hökumət növünü müəyyənləşdirmək üçün bütün dünyanın qəbul etdiyi metodla ümumi fikrə müraciət edilərək, ən azı 80 il bu yurdda yaşamış istər işğal olunmuş ərazilərin daxilində istərsə də xaricindəki, müsəlman, yəhudi və xritsiandan ibarət bütün fələstinlilərin iştirakı ilə referendum keçirilməlidir.

İslam inqilabının böyük rəhbərinin ofisinin informasiya portalının verdiyi məlumata görə, Həzrət Ayətullahül-üzma Xamenei İranın universitetlər və elmi mərkəzlərinin yüzlərlə müəllim, elmi heyət üzvləri və tədqiqatçıları ilə görüşündə xatırladıblar: Rəsmən Birləşmiş Millətlər Təşkilatında qeydə alınmış İran İslam Respublikasının bu layihəsi dünyanın qəbul etdiyi normalara uyğun deyilmi? Bəs görəsən niyə avropalılar onu dərk etmək istəmirlər. 

Həzrət Ayətullahül-üzma Xamenei dövrün Şimri yəni işğalçı sionist rejimin uşaq qatili olan baş nazirinin Avropaya səfərdə özünü məzlum göstərmək cəhdlərinə toxunaraq bildiriblər: Tarixin bütün zalımlarının başında duran bu cinayətkar avropalılara yalandan dedi ki, İran bizi və bir neçə milyon yəhudini məhv etmək istəyir halbuki, İranın Fələstin məsələsinə həll yolu tamamiylə məntiqə və demokratik qaydalara uyğundur. 

İslam inqilabının böyük rəhbəri İran İslam Respublikasının bir çox xalqların kütlələri arasındakı yüksək mövqeyinə toxunaraq deyiblər: İslami İranın dəyərsiz zalım dövlətləri arasında ən çox düşməni var, elə region xalqları və bir çox xalqların kütlələri arasında da abıra, nüfuza və tərəfdara malikdir və bu xəbis düşmənlərin daima məkirli plan ardınca olmalarına gətirib çıxarıb ancaq Allahın fəzli ilə İran xalqı və İslam Respublikası qarşısında məğlubiyyətə uğrayacaqlar. 

Həzrət Ayətullahül-üzma Xamenei çıxışının davamında universiteti ölkənin ağıl gücünün yetişdirlməsi üçün ən önəmli mərkəzlər adlandıraraq universitetlərin üç əsas zərurətinin " ölkənin problemləri ilə məşğul olmaq", " tələbələrin mədəni, əxlaqi və mentalitet cəhətlərdən tərbiyəsi" və " universitet mühitlərində davamlı dəyişikliklər"-dən ibarət olduğunu bildirərək vurğulayıblar: Ölkə problemləri elmlə həll olunmalı və bu istiqamətdə universitetlərin, universitet müəllimləri, çalışqan və stimullu, qabiliyyətli və istedadlı gənclərin  potensial və qabiliyyətlərindən istifadə son dərəcə önəmlidir. 

İslam inqilabının böyük rəhbəri 20 faizlik zənginləşdirmə təcrübəsinin ölkə gənclərinin qabiliyyət və istedadının parlaq nümunəsi olduğunu bildirərək xatırladıblar: 20 faizlik zənginləşdirilmiş uranın satışına şərtlər qoyulduğu və bəzi rəsmilərin də bu sahədə bəzi imtiazlar verməyə meyilli olduqları dövrdə gəncləri səyləri ilə, müqavimət və israrla 20 faizlik uran əldə edə bildikvə dünya tam inanılmazlıqla gördü ki, artıq bizim Amerika, Rusiya və Fransa uranına ehtiyacımız yoxdur.

Teqlər