İyun 14, 2018 10:50 Asia/Baku
  • İran EKOSOK(ECOSOC)-un üzvü olub

İran İslam Respublikası dünən BMT-yə üzv 175 ölkənin səsi ilə 2019-cu ilin əvvəlindən üç il müddətinə BMT-nin İctimai-İqtisadi Şurası- EKOSOK-un üzvü olub.

EKOSOK BMT-nin altı orqanından biridir. Bu şura BMT-nin 14 ixtisaslaşdırılmış agentliyi ilə bağlı məsələlərə, o sıradan ictimai və iqtisadi məsələlərə diqqət və baxış məsuliyyətinə malikdir.

Hər il bu orqanın üzvlərinin üçdə birinin, yəni 18 ölkənin üzvlüyü başa çatır və yeni üzvlər onların yerlərini tuturlar.

Dünən Nyu-Yorkda keçirilmiş seçkilər gedişində İran İslam Respublikasından əlavə, on yeddi digər ölkə, o sıradan, Misir, Keniya, Pakistan, Braziliya, Ermənistan, Ukrayna, Kanada, Amerika, Ərəbistan və Türkmənistan EKOSOK-a üzv olublar.

Amerika və Ərəbistanın səsləri İran İslam Respublikasının səsindən az olubdur.

İran İslam Respublikası sonuncu dəfə 2001-ci ildən 2003-cü ilədək bu şuranın üzvü olub və ondan sonra nəzarətçi kimi əlaqədar iclaslarda iştirak edirdi.

Teqlər