İyun 14, 2018 16:31 Asia/Baku
  • İran səud koalisiyasının Əlhudəydəyə hücumlarını pisləyib

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü təcavüzkar səud koalisiyasının Yəmənin Əlhudəydə limanına qarşı hava və dəniz hücumlarını pisləyərək, bu ölkədə insan durumunun daha da pisləşməsindən nigarançılıq edib.

Əmirliklər və Səudiyyə rejiminin hərbçiləri Yəmənin Əlhudəydə limanını işğal etmək üçün bir ay bundan öncədən əməliyyata başlayıblar. Bu liman Yəmənə humanitar yardımların göndərilməsi üzrə ən əsas yol sayılır.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi bu gün deyib: İran daim vurğulayıbdır ki, Yəmən böhranını hərbi həll yolu yoxdur və bu ölkəyə təcavüz edənlər öz təcavüzlərinə son qoymalıdırlar.

O, əlavə edib: Bu cür cinayətlər siyasi yolla həyata keçirilməkdə olan Yəməndə dağıntıların qarşısının alınması üzrə cüzi ümidləri məhv edərək, şəraitin mürəkkəbliyini artıracaqdır.

Ərəbistan Əmirliklər, ABŞ, sionist rejim və bəzi digər müttəfiqlərinin himayəsi ilə 2015-ci ilin martında Yəmənə hərbi təcavüz edərək, bu ölkəni havadan, qurudan və dənizdən mühasirə etdi. Ərəbistan, Əmirliklər və onların Yəməndəki müttəfiqlərinin militarizmi indiyədək 14 mindən çox yəmənlinini həyatına son qoyub, on minlərlə nəfərin yaralanması və milyonlarla yəmənliyinin didərgin düşməsinə bais olubdur.