İyul 07, 2018 08:17 Asia/Baku
  • M.Rezayinin twitti: Oğurlanmış iranlı diplomatların azadlığı üzrə səylər davam edir
    M.Rezayinin twitti: Oğurlanmış iranlı diplomatların azadlığı üzrə səylər davam edir

İran İslam Respublikası quruluşunun Məsləhət Şurasının katibi deyib ki, Livan Hizbullahı, İran və Suriyanın Livan torpağında oğurlanmış iranlı diplomatların azad edilmələri üzrə səyləri davam edir.

Mohsen Rezayi dünən özünün şəxsi twitter səhifəsində iranlı diplomatların Livan torpağında oğurlanmalarının 36-ci ildönümü münasibətilə yaydığı twitt-də iranlı diplomatların oğurlanmaları məsələsinin hələ qaranlıq qaldığına toxunaraq, yazıb: Hərçənd onların şəhid olmaları və ya sağ qalmaları barədə bir sənəd mövcud deyil, amma Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullahın, İran və Suriyanın bu sahədəki səyləri əyani və məxfi şəkildə davam etməkdədir.

1982-ci il iyulun beşində sionist rejim muzdurları bir terror hərəkətində İran İslam Respublikasının Seyyed Mohsen Mousəvi, Əhməd Təvəssoliyan, Kazem Əxəvan və Nəqi Rəstqar Moqəddəm adlı dörd diplomatını Livan torpağında oğurladılar.

Mövcud sənəd və faktlar ondan xəbər verir ki, iranlı diplomatlar sionist rejimin əsirliyindədirlər.

Teqlər