İyul 12, 2018 14:14 Asia/Baku
  • Vilayəti Rusiya prezidenti ilə görüşüb

İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri islam İnqilabının Böyük Rəhbəri və İran prezidentinin müraciətini Rusiya prezidenti Vladimir Putinə təqdim edib.

Əli Əkbər Vilayəti cümə axşamı günü Rusiya prezidentinin Moskvadakı iqamətgahında prezident Vladimir Putinlə görüşüb və İslam İnqilabının Böyük Rəhbərinin şifahi və İran prezidenti Həsən Ruhaninin yazılı müraciətini ona təqdim edib.

İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri çərşənbə günü yüksək səviyyəli heyətin müşayiəti ilə Rusiya paytaxtı Moskvaya səfər edib.

Vilayəti Moskvaya daxil olarkən İran və Rusiyanın önəmli və strateji münasibətlərinə diqqət çəkərək deyib: Ötən illər ərzində Tehran və Moskvanın ikitərəfli, regional və beynəlxalq münasibətləri yüksələn xətt üzrə inkişaf etmişdir.

O əlavə edib: Suriyada terrorizm və himayədarları ilə mübarizədə İran və Rusiyanın rəhbərliyi ilə müqavimət cəbhəsinin əməkdaşlıqları İran və rusiyanın əməkdaşlığına əla örnəkdir. Sadəcə uzun və strateji münasibətlər belə əməkdaşlıqları əsaslandıra bilər.

İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Rusiyanın bəzi rəsmiləri ilə danışıqlar aparacaq və Valday klubunda çıxış edəcək.