İyul 12, 2018 17:55 Asia/Baku
  • Vilayəti: İran və Rusiya münasibətləri daha çox genişlənəcək

İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Rusiya prezidenti ilə görüşdən sonra bildirib: İki ölkənin möhkəm münasibətləri gələcəkdə daha çox genişlənəcək.

İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti bu gün Rusiya prezidentinin Moskvadakı iqamətgahında prezident Vladimir Putinlə görüşüb və İnqilab Rəhbərinin şifahi və prezident Həsən Ruhaninin yazılı müraciətini ona təqdim edib. 

Əli Əkbər Vilayəti Rusiya prezidenti ilə müzakirələri haqda deyib: Vladimir Putin iki ölkənin neft münasibətlərinin genişləndirilməsi, İranın neft və qaz sənayesində 50 milyard dollara qədər investisiyanın yatırılmasını vurğulayır. Bu miqdarda investisiya İranı tərk edən qərb şirkətləri üçün yaxşı alternativ ola bilər. 

İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri İran və Rusiyanın nüvə əməkdaşlıqlarına toxunaraq deyib: İki nüvə reaktoru ruslar tərəfindən inşa olunmaqdadır və Rusiya prezidenti İranda onun müxtəlif mərhələlərinin detalları haqda məlumatlıdır. 

Vilayəti dəmir yol inkişafında əməkdaşlığı müzakirələrinin mehvərlərinin başqa bir hissəsi adlandırıb və əlavə edib: Rusiya prezidenti həmçinin şimal-cənub dəhlizində investisiyanın yatırılmasını vurğulayır. 

İran və Rusiyanın regional əməkdaşlıqlarına diqqət çəkən Vilayəti deyib: İran və Rusiyanın bəzi birgə düşmənlərinin yaydıqları bəzi şayiələrin əksinə olaraq, Rusiya prezidenti vurğuladı ki, iki ölkə Suriya və regionda bu ölkələrin qanuni dövlətlərini, xüsusilə də Suriya və İraq dövlətlərini dəstəkləmək üçün əməkdaşlıqlarını davam etdirir və onların ərazi bütövlüyünü müdafiə edirlər. 

İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri deyib: Suriya ilə əlaqədar iclas tezliklə İran, Rusiya və Türkiyə prezidentlərinin iştirakı ilə Tehranda keçiriləcək.