İyul 13, 2018 17:42 Asia/Baku
  • Vilayəti: İran ABŞ-ın təhdidi ilə Suriyadan çıxmayacaq
    Vilayəti: İran ABŞ-ın təhdidi ilə Suriyadan çıxmayacaq

İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri İran və Rusiyanın Suriyadakı iştirakının davam edəcəyini bildirib və deyib: İran ABŞ və İsrailin təhdidləri ilə Suriyanı təkr etməyəcək.

Əli Əkbər Vilayəti cümə günü Moskvada Valday strateji araşdırmalar mərkəzində deyib: Əgər İran və Rusiya Suriyadan çıxarsa, terrorçular bir daha bu ölkəni ələ keçirərlər. Bu iştirak terrorçuların yenidən Suriyada fəaliyyət göstərməməsinə bir zəmanətdir.

İnqilab Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri əlavə edib: İranın hərbi attaşeləri Suriya və İraqda, bu ölkə hökumətlərinin istəyi əsasında və qanuni şəkildə iştiraka malikdirlər.

Vilayəti İranın ABŞ ilə müzakirə aparmaq istəmədiyini deyərək, Vaşinqtonun etimad edilməz olduğunu bildirib və deyib: İran Suriyanın Liviya kimi parçalanmasına icazə verməyəcək. İran Suriyaya ABŞ-ın təcavüzlərinə qarşı mübarizədə kömək edir.

O, Vaşinqtonun İranın Suriyadan çıxmasını istəməsinin səbəbini Tehran və Moskva arasındakı birliyə zərbə vurmaq adlandırıb və deyib: İran, Suriya, Rusiya və Livan Hizbullahı Suriyadakı addımlarını bir-biriləri ilə kordinasiya edirlər.

Teqlər