İyul 15, 2018 17:30 Asia/Baku
  • İmam Rzanın(ə) məqbərəsinə gül yağdırıldı
    İmam Rzanın(ə) məqbərəsinə gül yağdırıldı

İmam Musa Kazımın(ə) əziz qızı xanım Fatimə Məsumənin(s) mövludunun ildönümü və "Kəramət on günlüyü"nün başlanması münasibətilə şiələirn səkkizinci imamının Məşhəd şəhərindəki məqbərəsinə gül yağdırılıb.

İRNA-nın məlumatına görə, bir qrup qadın mənəvi atmosferə malik olan bir mərasimdə İmam Rzanın(ə) məqbərəsində olaraq, o həzrətin zərihinə gül budaqları hədiyyə ediblər. 

Həmçinin, həzrət Fatimə Məsumənin(s) mövludu axşamında o xanımın məqbərəsinin üzərindəki bayraq dəyişdirilib.

Xanım Fatimə Məsumənin(s) məqbərəsi həmçinin, möhtəşəm formada çıraqban edilib. 

Bu gün həmçini Qum şəhərində Beynəlxalq İmam Rza(ə) festivalına və "Kəramət on günlüyü" şənliklərinə start verilib. 

"Kəramət on günlüyü" İranda xanımf Fatimə Məsumənin(s) mövlud günündən İmam Rzanın(ə) mövlud gününə kimi, zilqədə ayının 1-indən 11-nə kimi olan müddət ərzində qeyd olunur. 

Teqlər