İyul 18, 2018 20:15 Asia/Baku
  • Vilayəti: İranın regional strategiyası dəyişməyəcək
    Vilayəti: İranın regional strategiyası dəyişməyəcək

İslam inqilabının böyük rəhbərinin müşaviri İranın regiodakı strategiyasının dəyişilməyəcəyini bildirərək deyib: İran Suriya və İraqın dəvəti ilə bu ölkələrə getdiyi kimi Yəmənə də yardım edə bilər.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, ötən həftə Rusiya rəhbərləri ilə görüş məqsədi ilə Moskvaya səfər etmiş Əli Əkbər Vilayəti RT-yə verdiyi müsahibədə Rusiyaya son səfərinin sionist rejimin Moskvaya səfəri ilə heç bir əlaqəsi olmadığını bildirərək deyib: İran və Rusiya Suriyadan çıxarsa Amerika və sionist rejim bu ölkədəki terrorçulara dəstəklərini davam etdirəcəklər. 

İslan inqilabının böyük rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri İranın sadəcə rəsmi Dəməşqin istəyi ilə Suriyadan çıxacağını bildirərək deyib: İran və Rusiyanın Suriya barədə fikir ayrılığı və müstəqil mövqeyə malik olmaları təbii haldır amma İran və Rusiyanın Suriyada əməkdaşlıqları və ortaqlıqları çoxdur. 

Vilayəti deyib: İranın Suriyadakı fəaliyyətinin Amerika, qərb ölkələri və yaxud bəzi region ölkələrinə dəxli yoxdur və İran Suriyanın ərazi bütövlüyü,dövləti və xalqını himayə edir. 

Əli Əkbər Vilayəti deyib: ABŞ prezidenti Donald Tramp dünyada quldurcasına rəftar edir və İran ABŞ yaxud hərhansı bir ölkənin hegemonçuluğunun əleyhinədir. 

Teqlər