Avq 09, 2018 17:30 Asia/Baku
  • Rəhmani Fəzli: ABŞ İran xalqından üzr istəməlidir
    Rəhmani Fəzli: ABŞ İran xalqından üzr istəməlidir

İran İslam Respublikasının daxili işlər naziri deyib: ABŞ nüvə anlaşması qarşısındakı öhdəliklərinə qayıtmalı və rəsmən İran xalqından üzr istəməlidir.

İRNA-nın məlumatına görə, İran İslam Respublikasının daxili işlər naziri Əbdürrza Rəhmani Fəzli cümə axşamı Yəzd vilayətində etdiyi çıxışında ABŞ-ın İran xalqına qarşı aşkar düşmənçiliklərinə və nüvə anlaşmasından birtərəfli qaydada çıxmasına işarə edərək, deyib: ABŞ başçılarına etibar etmirik və Amerikalılar ilə yenidən müzakirə imkansızdır.

Rəhmani Fəzli həmçinin deyib: ABŞ-ın nüvə anlaşmasından çıxması və İran ilə qonşu ölkələrin habelə, dünyanın bir çox önəmli dövlətinin bu məsələdə Vaşinqtonun kənarında yer almaması İran İslam Respublikasının digər ölkələr ilə iqtisadi əlaqələri üçün daha aydın bir perspektiv yaradıb.

İranın daxili işlər naziri ABŞ başçılarının daim İran İslam Respublikasını zəiflətməyə çalışdıqlaırnı deyərək, bildirib: İslam İnqilabının qələbə çalmasından 40 il sonra İranı neft sanksiyaları ilə təhdid etmək olmaz.

Teqlər