Avq 12, 2018 11:35 Asia/Baku
  • Ruhani: Xəzəryanı ölkələrin geniş əməkdaşlıq potensialı var
    Ruhani: Xəzəryanı ölkələrin geniş əməkdaşlıq potensialı var

İran İslam Respublikası prezidenti xəzəryanı ölkələrin əməkdaşlıq üçün malik olduqları potensial və fürsətlərə toxunaraq deyib: Xəzəryanı ölkələrin sammit iclası bu dəniz barədə ən önəmli iclaslardan biridir.

Həsən Ruhani xəzəryanı ölkələrin sammit iclasında iştirak üçün bu gün səhər Tehranı Qazaxıstanın Aktau şəhəri məqsədi ilə tərk etməzdən öncə bu səfərin Qazaxıstan prezidenti Nursoltan Nazarbayevin rəsmi dəvəti ilə həyata keçdiyini bildirərək deyib: Sammitdə Xəzərin hüquqi statusu müzakirə ediləcək. 

İİR prezidenti Xəzər dənizinin neft və qaz ehtiyatlarına malik olduğunu bildirərək deyib: Ölkələr arasında neft üzrə kəşfiyyat və istismar əməliyyatlarında əməkdaşlıq, eləcə də Suap metodu ilə neft və qazın nəqli kimi mövzular həmişə xəzəryanı ölkələr arasında müzakirə olunur. 

Teqlər