Avq 26, 2018 12:57 Asia/Baku
  • Kermanşah zəlzələsində son statistika; 2 nəfər ölüb, 310  nəfər yaralanıb

İranın Kermanşah vilayətinin fövqəladə hallar və təcili tibbi yardım mərkəzinin müdiri bildirib ki, Kermanşahın "Səlas Babacani" şəhrestanının mərkəzi- Tazeabad şəhərində zəlzələnin baş verməsi nəticəsində iki nəfər ölüb, 310 nəfər də yaralanıbdır.

Bu gün səhər Kermanşahın "Səlas Babacani" şəhrestanının mərkəzi olan Tazeabad şəhərinin ətrafında rixter şkalası ilə 5,9 bal gücündə zəlzələ baş verib.

Kermanşah vilayətinin fövqəladə hallar və təcili tibbi yardım mərkəzinin müdiri Saeb Modərresi əlavə edib: Bu yaralılardan on səkkiz nəfər şiddətli bədən xəsarəti aldığı üçün Kermanşah müalicə mərkəzlərinə köçürülübdür.

Modərresi söyləyib: Bu zəlzələdə həyatını itirənlərdən biri, 70 yaşlı bir kişidir. O, infarkt keçirərək, vəfat edibdir. Həyatını itirənlərdən digər birisi, hamilə bir qadındır. O, həyəcan keçirmək və qan təzyiqinin aşağı düşməsi nəticəsində həyatını itirib.

İranın daxili işlər naziri Əbdorreza Rəhmani Fəzli zəlzələ məntəqələrinə baş çəkmək, Kermanşah vilayətinin şəraitini öyrənmək və hadisədə zərər çəkənlərin vəziyyəti ilə tanış olmaq üçün sabah bu vilayətə səfər edəcək.

2017-ci il noyabrın 12-də də rixter şkalası ilə 7,3 bal gücündə yeraltı təkan İranın qərbindəki müxtəlif məntəqələri, xüsusən Kermanşah vilayətini titrətdi ki, nəticədə 483 nəfər həlak oldu, 12 min nəfərdən çox insan da yaralandı.

Teqlər