Sen 13, 2018 16:34 Asia/Baku
  • General-mayor Cəfəri: İran bu günkü müdafiə qüdrətini şəhidlərinə borcludur

İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın baş komandanı İran İslam Respublikasının bu günkü raket qüdrətinə görə şəhidlərinə borclu olduğunu deyib.

General-mayor Məhəmməd Əli Cəfəri cümə axşamı müqəddəs müdafiə dövrü şəhidlərindən olan 135 naməlum şəhidin dəfn mərasimində jurnalistlər qarşısında deyib: İran İslam Respublikası quruluşu və xalqı bu gün çox güclüdür və bu qüdrətə görə şəhidlərə borcluyuq.

Sepah-ın baş komandanı əlavə edib: Bu gün hətta, region ölkələri belə İslam İnqilabı şəhidlərinin təsiri altına düşüblər və dünya imperializmi və beynəlxalq hegemonçuluq quruluşu qarşısında qətiyyətlə dayanırlar.

General-mayor Məhəmməd Əli Cəfəri daha sonra deyib: Düşmən bilməlidir ki, şəhidlərin yolu və şəhidlərə məhəbbətin davam etdiyi zamana kimi İran xalqına heç bir zərbə vura bilməz.

Müqəddəs müdafiə dövrünə aid 135 naməlum şəhidin cənazəsi son zamanlar İran İslam Respublikası silahlı qüvvələrinin Baş Qərargahının İtkinlərin Axtarışı Komitəsi tərəfindən aşkar edilib. Bu 135 şəhid ilə vida mərasimi bu gün səhər, Aşura ziyarətinin qiraət olunmasından sonra Tehran Universitetinin əsas giriş qapısı önündə keçirilib. Mərasimdə ölkə rəsmiləri, ordu komandanları və böyük xalq kütləsi iştirak edib.

Bu şəhidlərin cəsədləri Şələmçə, Kərbəla5, Məcnun, Vəl-Fəcr 8, Vəl-Fəcr 1 və Sumar əməliyyat məntəqələrində aşkar edilib.

Teqlər