Sen 14, 2018 09:13 Asia/Baku
  • Sepahın komandanı: Terrorçular 2000 km məsafədə hədəfdədirlər
    Sepahın komandanı: Terrorçular 2000 km məsafədə hədəfdədirlər

İslam İnqilabının Keşikçiləri Korpusunun baş komandanı deyib: İraq Kürdüstanındakı əks inqilabçı terrorçu qruplaşmaya son raket mesajı, əslində 2 min km məsafədə bütün terrorçuların hərbi mərkəzlərinə olan mesajdır.

General Palkovnik Məhəmmədəli Cəfəri dünən Livanın Əl-Minar telekanalına verdiyi açıqlamada deyib: Terrorçu qruplar İran raketlərinin diqqətinin yüksək olduğunu, İrana qarşı hərəkətləri davam edərsə, onların 2000 km məsafədə bazalarının İran döyüşçüşərinin hədəfində olduğunu bilməlidirlər. 

İslam İnqilabının Keşikçiləri Korpusunun baş komandanı deyib: Terrorçular tərəfindən edilən şıltaqlıqlar İİR silahlı qüvvələrinin daha dağıdıcı və ağır reaksiyası ilə üzləşəcəkdir. 

Ötən şənbə düşmənlərin tabeliyində olan terrorçu qruplaşmaların İraqın Kürdüstan bölgəsindən İranın sərhəd ərazilərinə qarşı terrorçu hərəkətlərindən sonra İslam İnqilabının Keşikçiləri Korpusu terrorçuların başçılarının yerləşdikləri mərkəzi və təlim mərkəzlərini 7 ədəd raketlə hədəfə aldı. 

Bu əməliyyatda İranın milli təhlükəsizliyinə qarşı plan mərkəzi dağıdıldı, terrorçu qruplaşmanın onlarla başçıları və əsas ünsürləri öldürüldü yaxud yaralandı. 

General Cəfəri deyib ki, Amerika və onun kənarında duran regionun irticaçı rejimləri illərdir İran İslam Respublikasına qarşı məkirli plan hazırlayırlar amma daxili vəhdətə görə onların iranlı etnuslar arasında təfriqə sarlmaq cəhdləri əbəsdir.