Sen 17, 2018 17:17 Asia/Baku
  • Qasemi: Müstəqil ölkələr ABŞ-ın quldurluq siyasətləri qarşısında dayanmalıdırlar
    Qasemi: Müstəqil ölkələr ABŞ-ın quldurluq siyasətləri qarşısında dayanmalıdırlar

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İran, Əfqanıstan və Hindistanın regional əlaqələrin inkişafı ilə bağlı üçtərəfli iclasını müsbət dəyərləndirib.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü bazar ertəsi günü yerli və xarici jurnalistlərin iştirak etdiyi həftəlik  brifinqində İranın Teleradio Təşkilatının Sərhədaşırı Yayım Xidmətinin müxbirinin Kabildə xarici işlər nazirləri müavinləri səviyyəsində keçirilən üçtərəfli İran, Əfqanıstan və Hindistan iclası barədə səsləndirdiyi suala cavab olaraq deyib: Bu kimi iclasların keçirilməsi regional əməkdaşlıqların genişləndirilməsinə müsbət təsir göstərə bilər. Və müstəqil ölkələr ABŞ-ın quldurluq siyasətləri qarşısında dayana bilərlər. 

İranın XİN sözçüsü İranın Bəsrədəki konsulluğunun yandırılmasına və Parisdə İran səfirliyinə hücum edilməsinə gəlincə deyib: Bu iki hadisə arasında hansısa bağlılıq yoxdur və tamamilə iki ayrı məsələdir. 

Qasemi əlavə edib: İranın İraqın Bəsrə şəhərindəki konsulluğunu yandıran şəxslərin mahiyyəti məlumdur. Bəzi ünsürlər İraqda yaranmış vəziyyətdən sui-istifadə etməyə çalışaraq, İran və İraq əlaqələrini təsir altına almaq istədilər. Amma, xoşbəxtlikdən proqnoz edildiyi kimi iki ölkə əlaqələrinin möhkəm olmasını nəzərə alaraq, təxribatçılar öz məqsədlərinə çata bilmədilər. 

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib: Paris hadisəsi də bir başqa məsələdir və terrorçu qruplaşma tərəfindən törədilib. Fransa dövləti bu xüsusda lazımi tədbirlərin görüləcəyinə dair söz verib və İran səfirliyinə hücum edənlər barədə ölçü götürüləcəyini bildirib. 

Qasemi İran İslam Respublikası Prezidenti Həsən Ruhaninin BMT-nin Baş Assambleyası və Təhlükəsizlik Şurasının iclaslarında iştirak etməsinə gəlincə deyib: İran prezidentinin Nyu-Yorka səfəri müxtəlif ölkələrin başçıları ilə görüşüb, danışıqların aparılması üçün dəyərli fürsət sayılır. 

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin deyib: Hələ ki, BMT-nin Baş Assambleyasında iştirak edəcək İran heyətinin tərkibi məlum deyil. Amma, ikitərəfli görüşlər və danışıqlar barədə düşüncə otaqlarında proqramlaşdırmalar həyata keçirilir. 

Qasemi həmçinin, ABŞ dövlət katibi Mayk Pompeonun Tehran-Pekin əlaqələri və Çin müsəlmanlarının durumu ilə bağlı İran əleyhinə səsləndirdiyi fikirlər haqda deyib: ABŞ başçılarının dedikləri sədaqət üzündən deyil və İran ilə düşmənçilik xarakteri daşıyır. İran daim müsəlmanları müdafiə edib və bu indi də belədir. Və Çin hökuməti ilə də sülh və sabitliyin bərqərar edilməsi haqda danışıqlar aparıb. 

İranın XİN sözçüsü Suriya məsələsinə gəlincə İdlibdə terrorçuların mövqelərinə ediləcək hücum ehtimalı haqda deyib: Yorucu müharibələrin ardınca hazırda Suriyanın durumu özünəməxsus şəraitə malikdir və İdlib mühüm bir məntəqə olaraq həssas mövzuya çevrilib. 

İranın Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib: İranın terrorizm və Suriyanın ərazi bütövlüyü qarşısındakı mövqeyi aydındır. İran Suriyanın ən qısa zamanda bütün ölkə ərazisinə nəzarəti bərpa edə bilməsinə və terrorçulardan təmizlənməsinə çalışır. 

Teqlər