Sen 22, 2018 12:25 Asia/Baku
  • Ruhani: İran xalqı bir daha düşmənləri məyus edəcək
    Ruhani: İran xalqı bir daha düşmənləri məyus edəcək

İran İslam Respublikasının prezidenti bildirib ki, İran xalqı keçmişdə olduğu kimi düşmənləri məyus edəcək. O, vurğulayıb: Bu gün daha vasitəçi müharibədən söz getmir, əksinə Amerika birbaşa şəkildə İran xalqının qarşısında dayanıb və xəyanətə başlayıbdır.

Həsən Ruhani bu gün İranın Silahlı Qüvvələrinin Tehrandakı paradında Amerikanın nüvə anlaşmasından çıxmaq üzrə sədaqətsizliyinə toxunaraq, deyib: Donald Tramp zahirdə nüvə anlaşmasından çıxıb, amma onun əsas məqsədi, İnqilab prinsipinə və İran İslam Respublikası quruluşuna zərbə vurmaqdır.

Birləşmiş Ştatların İrana qarşı iqtisadi savaşına toxunan İran İslam Respublikasının prezidenti deyib: Dünya xalqları bu gün Amerikanın hərəkətini pisləyirlər və mütləq bu iqtisadi, psixoloji və siyasi savaşın məğlubu, Amerika olacaqdır.

İran xalqının İraq, Suriya və Livan xalqlarının qəlblərində yer aldığını qeyd edən Ruhani söyləyib: İran xalqı raket gücü daxil olmaqla öz müdafiə bacarıqlarından geri oturmayacaq, əksinə günbəgün öz müdafiə qüdrətini artıracaqdır.

O, İranın regional nüfuzuna da işarə edib: İran keçmişdən bəri həmişə Fars Körfəzi, Hind Okeanı və Babül-Məndəb boğazının qoruyucusu olub və Yaxın Şərqdə böyük təsirli ölkə kimi heç vaxt ölkələrin məzlumluqları qarşısında susmayacaqdır.

İranın icra hakimiyyətinin başçısı həmçinin İraqın bəəs rejiminin İrana qarşı icbari müharibəsinə toxunub: Səddam rejiminin İrana qarşı bütün təcavüzləri və hərbi cinayətlərinə rəğmən, dünyada heç bir qüdrət və heç bir beynəlxalq təşkilat tam şəkildə bu təcavüzün qarşısında dayanmadı və bu, bizim üçün mühüm bir dərsdir.

Teqlər