Okt 12, 2018 09:55 Asia/Baku
  • İranın əlillərdən ibarət idman karvanı

İranın əlillərdən ibarət idman karvanı İndoneziyada keçirilən Para-Asiya Oyunlarının yeddinci günündə 3 qızıl, bir gümüş və bir bürünc medal əldə edərək, ümumi sıralamada üçüncü yerə yüksəlib.

Bu gün cümə İndoneziyada keçirilən "Cakarta-2018" Para-Asiya Oyunlarının davamında İranlı atlet Peyman Nəsiri 1500 metrlik məsafəni 4 dəqiqə və 7.1 saniyəyə qaçaraq, qızıl medala layiq görülüb. 

Yarışların davamında F51, F52 və F53 klasları üzrə qızlararası disk atmaq yarışlarında Elnaz Darabiyan 10 metr 71 santimetrlik rekorda imza ataraq qızıl medala yiyələnib. 

Saman Pakbaz da kişilərarası disk atmaq yarışlarında F12 klası üzrə 51 metr 06 santimetrlik rekord ilə qızıl medalın sahibinə çevrilib. 

Məsud Heydəri də elə həmin klas üzrə yarışların gümüş medalçısı olub. 

İranın qızlardan ibarət "Qolbal" komandası da sonuncu qarşılaşmasında Taylən komandası ilə mübarizə aparıb. Rəqibini məğlub etməyi bacaran İran komandası üçüncü olub və bürünc medala yiyələnib. 

İranın idman karvanı "Cakarta-2018" Para-Asiya Oyunlarında indiyə kimi 43 qızıl, 36 gümüş və 35 bürünc medal və ümumilikdə 114 medal ilə üçüncü pilləyə yüksəlib. 

Para-Asiya yarışlarının üçüncü dövrü 6 oktyabr 2018-də start götürüb. Oyunlar sabah başa çatacaq. İndoneziyada keçirilən Para-Asiya oyunlarında 41 ölkədən 2880 idmançı iştirak edir. 

İran İslam Respublikası "Cakarta-2018" Para-Asiya Oyunlarında 209 idmançı ilə iştirak edir. 

Teqlər