Okt 12, 2018 15:44 Asia/Baku
  • Tehranın müvəqqəti imam cüməsi: İran xalqı sanksiyalar və fitnələrə qalib gələcək

Tehranın müvəqqəti imam cüməsi İran xalqının imperializm quruluşu və İslam düşmənlərinin fitnələri və sanksiyalarına qalib gələcəyini deyib.

Tehranın müvəqqəti imam cüməsi ayətullah Məhəmməd İmami Kaşani bu gün Tehranda cümə namazı xübələrində İran İslam Respublikasının problemlərin öhdəsindən gəlmək üçün böyük potensiallara malik olduğunu deyərək, əlavə edib: İran xalqı qələbə çalacaq və düşmənlərin İran əleyhinə planları nakam qalacaq. Onlar, İranı ələ keçirmək arzusunu özləri ilə gora aparacaqlar.

Ayətullah İmami Kaşani daha sonra ABŞ-ın İranda iqtisadi problemlər və ictimai narazılıqlara köklənmiş fitnəsinə işarə edərək, deyib: ABŞ-ın məqsədi İran xalqı ilə İslam Respublikası quruluşu arasında ixtilaf yaratmaqdır. Amma, İran xalqı tam ayıqlıqla bu fitnə qarşısında dayanıb və düşmənləri nakam qoyacaq.

Tehranın cümə namazı xətibi həmçinin, ABŞ-ın heç vaxt bu gün olduğu qədər təklənmiş və təcrid olunmuş olmadığını deyərək, əlavə edib: İmperializm quruluşu o cümlədən ABŞ, sionist rejim və bəzi ərəb ölkələrinin təkəbbürlü rejimləri habelə, əcnəbilərin regiondakı muzdurları bilməlidirlər ki, haqq qalibdir və onlar tezliklə rüsvay olacaqlar.