Okt 12, 2018 19:08 Asia/Baku
  • Məhəmmədi Qolpayeqani: İran öz işlərini Qərb və dünya imperializminin müdaxiləsi olmadan idarə edir

İran İslam İnqilabının Böyük Rəhbərinin ofisinin müdiri deyib: İran İslam Respublikası regiondakı əlaltı ölkələrin əksinə olaraq, özünün bütün daxili məsələlərini milli və dini demokratiya əsasında, Qərb və dünya imperializminin müdaxiləsi olmadan idarə edir.

Ayətullah Məhəmməd Məhəmmədi Qolpayeqani cümə günü Vəli Fəqihin keçmiş və yeni nümayəndələri və imam camaatlar ilə vida və tanıtım mərasimində deyib: Müqəddəs İslam Respublikası quruluşu sayəsində İran təlatümlü bir regionda tam təhlükəsiz və güclü formada irəliyə doğru addımlayır.

İran İslam İnqilabının Böyük Rəhbərinin ofisinin müdiri daha sonra deyib: Düşmənlər ötən 40 ildə İrana qarşı bir çox fitnə və təxribatçılığa əl atsalar da, hər dəfə onların fitnəsi İnqilab Rəhbərinin ayıqlığı və bəsirəti, xalq və dövlət arasındakı həmrəylik sayəsində təsirsiz qalıb.

Ayətullah Məhəmmədi Qolpayeqani daha sonra deyib: Düşmənlər indi Ərbəin və insanların Kərbəladakı milyonluq toplantısını və bu böyük yığıcağın təhlükəsizliyini hədəfə alıblar. Onların məqsədi xalqın Kərbəladakı əzəmətli yığıncağını kölgədə qoymaqdır.

İran İslam İnqilabının Böyük Rəhbərinin ofisinin müdiri Səudiyyə Ərəbistanının 3 milyonluq həcc zəvvarını qəbul etməkdən aciz qaldığını deyərək, əlavə edib: İraqda Hüseyn Ərbəini zəvvarlarının təhlükəsizliyini təmin etmək dünyanı heyrətləndirib.