Noy 03, 2018 14:03 Asia/Baku
  • Kövsər ceti geniş miqyasda istehsal edilir
    Kövsər ceti geniş miqyasda istehsal edilir

İran İslam Respublikası ordusunun baş komandanı, Müdafiə və silahlı qüvvələrə locestik dəstək nazirinin iştirakı ilə Kövsər adlı İranın ilk cet təyyarəsi geniş miqyaslı istehsal mərhələsinə çatıb.

Mərasimdə İranın ilk yerli istehsalı olan bu hərbi təyyarə uçuş həyata keçirib. Təyyarə Uyonik sistemə və atəşə nəzarət sisteminə malikdir və 4-cü nəsil hərbi təyyarələr sırasında durur. 

İİR Müdafiə Nazirliyinin hava sənayesi təşkilatının alimləri və mühəndisləri tərəfindən isehsal edilən bu hərbi təyyarə həmçinin Silahın mühasibatı kompüterindən faydalanma, Pilot qarşısında nişanalma sistemi(HUD), müasir lakator sistemi, çeşidli atəşə nəzarət sistemi, müstəqil radio nəzarət sistemi və ağıllı xəritə sisteminə malikdir. 

Kövsər təyyarəsi müasir hərbi təyyarə olaraq tamamiylə İran istehsalıdır və beləliklə İran Orqanik hərbi təyyarələrin istehsalı texnalogiyasına malik ölkələr sırasına daxil olub. 

Teqlər