Noy 04, 2018 14:23 Asia/Baku
  • Laricani: Tramp İranı dizə çökdürmək qüdrətinə malik deyil
    Laricani: Tramp İranı dizə çökdürmək qüdrətinə malik deyil

İran İslam Şurası Məclisinin sədri deyib: İran xalqı 13 aban yürüşündə göstərəcək ki, Amerika prezidenti Donald Tramp iranlıları dizə çökdürmək qüdrətinə malik deyildir.

İran İslam Şurası Məclisinin sədri Əli Laricani məclisin bugünkü açıq iclasının əvvəlində 13 aban-"Dünya imperializmi ilə milli mübarizə günü"nə işarə edərək, deyib: Bu gün İran xalqının imperializm qarşısında müqavimət simvoluna çevrilib.

Laricani bildirib ki, dünya xalqları amerikalıların hegemonçuluğu və bacalmalarından təngə gəliblər. O, deyib: Amerikanın indiki düşüncəsiz və ağılsız hökuməti dünya siyasətçilərinin rişxəndinə səbəb olubdur.

İran İslam Şurası Məclisinin sədri həmçinin Amerikanın İrana qarşı iqtisadi müharibəsinə toxunub. O, vurğulayıb: İran xalqı ölkənin iqtisadi və texnoloji qüdrətini yüksəltmək üçün səy və müqavimət göstərərək, düşmənlə iqtisadi döyüşün qalibi olacaqdır.

 

Teqlər