Noy 07, 2018 16:22 Asia/Baku
  • Şikarçi: Amerika, İsrail və Ali-Səud üçlüyü dünyanı təhlükəyə sürükləyir
    Şikarçi: Amerika, İsrail və Ali-Səud üçlüyü dünyanı təhlükəyə sürükləyir

İran İslam Respublikası Silahlı Qüvvələrinin sözçüsü deyib: Amerika, İsrail rejimi və Ali-Səud rejimindən ibarət olan terror üçbucağı dünyanı təhlükəyə sürükləmək istəyir.

İRNA-nın verdiyi məlumata görə, General Mayor Əbülfəzl Şikarçi bu gün Əhvaz terror aktının şəhidlərini anım mərasimində etdiyi çıxışında deyib: Düşmənlər acizliklərinə görə, müsəlman ölkələr daxilində destabillik yaratmaq üçün sionistlərin yolunu gedən Ali-Sud və Ali-Xəlifə kimi rejimlərdən istifadə edirlər.

General Şikarçi deyib: İslam Respublikasının düşmənləri hər il milyardlarla dollar öz hərbçilərinin əhval-ruhiyyəsini düzəltmək üçün xərcləyirlər ona görə ki, İranın ətrafındakı ölkələrdə fəaliyyətlərini davam etdirə bilsinlər ancaq öz məqsədlərinə nail olmaqda nakam qaldıqları üçün Səudiyyə və BƏƏ rejimlərini soyurlar. 

İranın silahlı qüvvələrinin sözçüsü İran xalqının düşmənlərinin İslam inqilabının qələbəsindən bəri bir an belə məkirli plandan əl çəkmədiklərini bildirərək deyib: Düşmən İrana qarşı strategiyasını dəyişib və islami İranla bir başa qarşılaşa bilmədiyi üçün başqa yollara üz tutub.

Cari il 22 avqustda İranın cənub qərbində yerləşən Əhvaz şəhərində hərbi parada edilən terror hücumunda 25 nəfər şəhid oldu və 60 nəfər yaralandı.