Noy 09, 2018 11:21 Asia/Baku
  • Zərif: ABŞ bəşəriyyət əleyhinə cinayətə görə məsuliyyətə cəlb edilməlidir

İran İslam Respublikasının xarici işlər naziri ABŞ-ın yenidən İran xalqına qarşı sanksiyalar tətbiq etməsinə reaksiya olaraq, Tvitter-də yazıb: ABŞ bəşəriyyət əleyhinə cinayətə görə məsuliyyətə cəlb olunmalıdır.

Məhəmməd Cavad Zərif cümə günü Tvitterdə paylaşdığı yazıda bildirib: "ABŞ dövlət katibi Mayk Pompeo Vaşinqtonun İran banklarının beynəlxalq maliyyə sistemi ilə əlaqəsini kəsməsi nəticəsində İran xalqının dərman və ərzaq təminatında yaranan problemlərə görə İran hökumətinin məsuliyyət daşıdığını deyir. İran hökuməti bütün məhdudiyyətlərə baxmayaraq, öz xalqının ehtiyaclarını təmin edəcək. Amma, ABŞ bu cinayətə görə mühakimə olunmalıdır."

ABŞ-ın İrana qarşı sanksiyalarının ikinci dövrü neft satışı, bank əməliyyatları və ticarət mübadilələrini hədəfə alıb və 5 noyabrdan qüvvəyə minib. Bu sanksiyalar birbaşa olaraq İran xalqını hədəfə alıb. 

Zərif həmçinin, cümə axşamı Yəmənin viran edilməsinə görə İranı günahlandıran və Ərəbistanın Yəmənə milyardlarla dollar yardım etdiyini iddia edən ABŞ dövlət katibi Mayk Pompeonun sözlərinə cavab olaraq deyib: Cənab Pompeo! Yəmənlilər məktəbliləri daşıyan avtobusu hədəfə almaq üçün milyardlarla dollar pul xərcləyən "qəssab" nökərlərinizə, müqavimət göstərmədən, onları məhv etmək icazəsi verməli idilər? Heç utanmırsan?

 

Teqlər