Noy 09, 2018 17:19 Asia/Baku
  • Tehranın müvəqqəti imam cüməsi: ABŞ dünyadakı nüfuzunu itirir

Tehranın müvəqqəti imam cüməsi ABŞ-ın dünyadakı nüfuzunun azalmaqda və bu ölkəyə qarşı xalqlar arasında nifrətin artmaqda olduğunu deyib.

Tehranın müvəqqəti imam cüməsi höccətülislam Kazım Sədiqi bu gün Tehranın cümə namazı xütbələrində ABŞ-ın İrandakı casusluq yuvasının (səfirliyinin) ələ keçirilməsinin ildönümü günü olan 13 Abanda keçirilən yürüşdə xalqın çoxsaylı iştirakına işarə edərək, deyib: İran İslam İnqilabı dünyada ilk dəfə olaraq ABŞ-ın imicini ayaqlar altına ataraq, onu təhqir etdi və bu super gücün heysiyyətini alçaltdı.

Tehranın müvəqqəti imam cüməsi daha sonra ABŞ-ın İran xalqına qarşı 40 ildir ki, davam edən təhdidləri və sanksiyalarına işarə edərək, deyib: Tam bir zülm və ədalətsizlik olan bu sanksiyalar İran xalqının iqtisadiyyat, elm, hərbi-müdafiə və siyasi sahələrdə tam müstəqillik əldə etməsi və öz imkanlarına arxalanmasına, İranın regiondakı və dünyadakı nüfuzunun artmasına səbəb oldu.

Kazım Sədiqi ABŞ-ın ötən 40 ildə daim İran xalqı ilə qarşıdurmada məğlub olduğuna işarə edərək, deyib: ABŞ-ın İrana qarşı mənfi təbliğatlarının heç bir təsiri yoxdur və hazırda dünyada ABŞ-a qarşı nifrət artmaqdadır.

Tehranın müvəqqəti imam cüməsi daha sonra Bəhreyn məhkəməsinin bu ölkənin milli-islami Əl-Vifaq cəmiyyətinin baş katibi Şex Əli Salman haqda ömürlük həbs qərarı çıxartmasını qınayaraq, bu məsələni Ali-Xəlifə rejiminin zülm və ədalətsizlik ilə yanaşı olan hakimiyyəti üçün növbəti rüsvayçılıq adlandırıb.

Tehranın müvqqəti imam cüməsi dünya ictimaiyyəti və beynəlxalq dairələrin Yəməndə cərəyan edən humanitar facirə və dəhşət qarşısındakı sükutunu da tənqid edib.

Teqlər