Dek 05, 2018 17:15 Asia/Baku
  • Tehran universitetinin bir qrup tələbəsi Fransa səfirliyinin önünə toplaşıb
    Tehran universitetinin bir qrup tələbəsi Fransa səfirliyinin önünə toplaşıb

Tehran universitetinin bir qrup tələbəsi Fransada insan haqlarının vəziyyətinə etiraz olaraq, bu ölkənin Tehrandakı səfirliyinin önünə toplaşıb.

Bu aksiyanın keçirilməsində məqsəd, "Fransada insan haqlarının vəziyyətinə və bu ölkə dövlətinin etirazçı xalq ilə rəftar tərzinə etiraz" elan olubdur.

İranlı tələbələr əllərində plakatlar tutaraq, Fransa dövlətinin aksiyaçılarla kobud rəftarına etiraz ediblər.

"Sarı jiletlilər"in anti-kapitalizm hərəkatı" adı altında Emmanuel Makron dövlətinin fəaliyyətinə və nəzərdə tutduğu islahatlara qarşı yönəlmiş etiraz dalğası təqribən üç həftə bundan öncədən Fransanı bürüyübdür.

Bu etirazlar Fransa dövlətinin yanacağa əlavə vergilərin qoyulması proqramı ilə müxalifətdə formalaşıbdır.

Fransa xalqı dəfələrlə aksiya keçirərək, bu ölkə polisi ilə toqquşubdur. Belə ki, indiyədək yüzlərlə nəfər yaralanıbdır.

Teqlər