Dek 07, 2018 11:03 Asia/Baku
  • Sionistlərin Fələstindəki işğalçılığı Yaxın Şərq böhranının əsas köküdür

İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsinin müavini sionistlərin Fələstindəki işğalçılığını Yaxın Şərq böhranının əsas kökü adlandırıb.

Eshaq Ale-Həbib dünən axşam Amerikanın BMT Baş Assambleyasında Fələstin İslami Müqavimət Hərəkatı- Həmas əleyhinə qətnamə layihəsinə qarşı çıxaraq, deyib: Bu qətnamə layihəsi Amerikanın fələstinlilər ilə bağlı xarici siyasətinin real mahiyyətini göstərir. Bu siyasət sionist rejim üçün qeyd-şərtsiz və həmişəlik himayə və ümumiyyətlə, Fələstinin hüquqlarına tam şəkildə gözyumma və aldatmaya əsaslanan bir siyasətdir.

İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsinin müavini sionist rejimin xüsusən mühasirə olunmuş Qəzzə zolağında fələstinlilərə qarşı cinayətlərini pisləyərək, deyib: Bu qətnamə layihəsi Fələstinin sionist rejim tərəfindən işğal olunmasına və bu rejimin qəsəbə salmasına göz yumubdur.

Eshaq Ale-Həbib İran İslam Respublikasının bu qətnamə layihəsini tam şəkildə rədd etdiyini bildirərək, vurğulayıb: Tehran qətnamə layihəsinə qarşı səs verəcək. O, bütün üzv ölkələrdən də onunla müxalifət etmələrini istəyib.

İranın BMT-dəki səfiri Həmas hərəkatını qanuni bir müqavimət hərəkatı adlandırıb və bildirib ki, bu hərəkat Fələstin ölkəsini işğalçılıqdan azad etmək üçün mübarizə aparacaq.

Teqlər