Dek 08, 2018 10:01 Asia/Baku
  • Tehranda 6 ölkənin parlament sədrlərinin iclası keçirilir
    Tehranda 6 ölkənin parlament sədrlərinin iclası keçirilir

İran, Əfqanıstan, Pakistan, Türkiyə, Çin və Rusiyanın parlament sədrlərinin 2-ci iclası bu gün Tehranda keçirilir.

İRİB-in verdiyi məlumata görə, İslami Şura Məclisinin sədri Əli Laricani və İİR prezidenti Həsən Ruhani eləcə də konfransda iştirak edən parlament sədrləri iclasda çıxış edəcəklər. 

İclasın gündəmini terrorizm ilə mübarizədə keçmiş təcrübə və hazırkı strategiyalar, yeni təsirli regional strategiyanın tətbiqi, əlaqələri genişləndirlməsi və regionlar arası əməkdaşlıqların gücləndirilməsi, regionda ətraflı sülh və inkişafın təmin edilməsi kimi mövzular təşkil edəcək.

Altı ölkənin parlament sədrlərinin ilk iclası Pakistanda keçirilmişdi. 

Teqlər