Dek 12, 2018 10:50 Asia/Baku
  • Əhli-Beyt(ə) vurğunları adlı ümumdünya konfransının yekun bəyanatı
    Əhli-Beyt(ə) vurğunları adlı ümumdünya konfransının yekun bəyanatı

Əhli-Beyt(ə) vurğunları adlı ümumdünya konfransının iştirakçıları dünən konfransın yekun bəyanatında Qurana və Əhli-Beyt(ə)-a söykənməni yayınmalardan uzaqqalmanın yeganə yolu adlandırıblar.

"İslami Oyanış" ümumdünya assambleyasının baş katibi Əli Əkbər Velayəti Tehranda keçirilən bu beynəlxalq konfransın bağlanış mərasimində islami cəmiyyətlərdə ixtilaflar və təfriqələrin aradan götürülməsi zərurətini vurğulayıb. O, belə deyib: Yayınmaların qarşısını almaq üçün İslam dünyasında yaranmış amerikan sünnisi və ingilis şiəsi kimi yayınmalardan uzaq durmaq və Allah-Taalaya pənah aparmaqla Əhli-Beyt(ə) məhəbbəti və dostluğu yolunda qərar tutmaq lazımdır.

Əli Əkbər Velayəti əlavə edib: İnsan haqlarını müdafiə iddiasında olan ölkələr, Amerika və bəzi Avropa ölkələri Yəmən, Fələstin və Suriya kimi islami ölkələrdə regionun məzlum xalqlarına hakim kəsilmiş zülm qarşısında nəinki susublar, həm də açıq şəkildə elan edirlər ki, bəzi ərəb ölkələrinin dollarlarının Amerika və Qərb üçün məşğulluq yaratdığı zamanadək Yəmən müharibəsinə dəstək verəcəklər.

Əhli-Beyt(ə) vurğunları adlı ümumdünya konfransının mərkəzi şurasının yığıncağı bütün islami məzhəblərdən olan dünyanın görkəmli şəxsiyyətlərinin iştirakı ilə dünən öz işini başa vurubdur.