Dek 13, 2018 11:24 Asia/Baku
  • Salehi Qərbə xəbərdarlıq etdi: 20 faizlik zənginləşdirmə mümkündür

İran İslam Respublikasının Atom Enerjisi Təşkilatının sədri: Hazırda uranın zənginləşdirilməsi prosesi həyata keçirilməkdədir və İran istədiyi an 300 kiloqramlıq məhdudiyyəti bir kənara qoyaraq, uranın zənginləşdirilməsi prosesini istədiyi səviyyədə həyata keçirə bilər.

İran prezidentinin müavini və Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi Fordo nüvə təsisatına baxış keçirərkən deyib: İranın nüvə fəaliyyətləri yüksək səviyyədə davam etdirilir. 

Salehi həmçinin, Avropanın nüvə anlaşması çərçivəsində İran ilə əməkdaşlıq edəcəyinə ümidvar olduğunu deyərək, əlavə edib: Avropalılar və nüvə anlaşmasının tərkibində olan ölkələr ən qısa zamanda öz öhdəliklərinə sadiq olduqlarını və ABŞ-ın bu anlaşmadan çıxması ilə yaranan boşluğu doldurmalıdırlar.