Dek 17, 2018 15:08 Asia/Baku
  • Xərrazi: Region ölkələri müharibə üçün yox, dialoq üçün bir araya gəlməlidirlər
    Xərrazi: Region ölkələri müharibə üçün yox, dialoq üçün bir araya gəlməlidirlər

İranın Xarici Əlaqələr Strateji Şurasının sədri Asiyanın qərbində sülh və sabitliyə nail olmaq üçün yeni bir ideyanın təqdim edilməsini bir zərurət adlandırıb və deyib: Region ölkələri müharibə üçün koalisiya yaratmaq yerinə, sivilizasiyadaxili dialoqu gündəmə gətirə bilərlər.

İRNA-nın məlumatına görə, Seyid Kamal Xərrazi bu gün Tehranda keçirilən "Asiyanın qərbində sülh və sabitlik; bir region, bir tale" adlı seminarda deyib: İslam sivilizasiyasını yenidən dirçəltmək lazımdır. Müharibə üçün koalisiyalar yaratmaq yerinə, əzəmətli İslam sivilizasiyasına qayıtmaq lazımdır.

Xərrazi regiondakı hökumətlərin bir çoxunun xalqın iradəsini təmsil etmədiyini deyərək, əlavə edib: Xalqın iradəsini təmsil etməyən hökumətlər regiondan kənar qüdrətlərə arxalanır və onlardan asılı vəziyyətdədirlər. Buna aydın nümunə isə Ərəbistan və Birləşmiş Ərəb Əmirlikləridir.

İranın Xarici Əlaqələr Starteji Şurasının sədri hamının İran İslam Respublikasının regionun ən stabil ölkəsi olduğunu etiraf etdiyinə toxunaraq deyib: İran İslam Respublikası xalqın iradəsindən doğan bir quruluş olaraq regionda sülh və sabitliyin təmin edilməsi üçün bütün hökumətlər ilə əməkdaşlığa hazırdır.

Bir günlük "Asiyanın qərbində sülh və təhlükəsizlik; bir məntəqə, bir tale" seminarı bu gün Tehranda keçirilib.

Teqlər