Dek 19, 2018 09:07 Asia/Baku
  • İraqçı: Avropa ƏMTP-ni qorumaq üçün konkret addımlar atmalıdır
    İraqçı: Avropa ƏMTP-ni qorumaq üçün konkret addımlar atmalıdır

İran İslam Respublikası xarici işlər nazirinin müavini dünən Finlandiyada deyib: Avropa ölkələri nüvə sazişini qorumaq üçün konkret addımlar atmalıdırlar.

İRNA-nın verdiyi məlumata görə, seyid Abbas İraqçı Finladiya xarici işlər nazirinin müavini Mati Antonen və parlamentin xarici komitəsinin sədr müavini Perti Salvelaynen ilə görüşündə Əhatəli Müştərək Təşəbbüs Proqramının ölkələrlə əməkdaşlıqların genişləndirilməsindəki əhəmiyyətinə toxunaraq xatırladıb ki, diplomatiya və təhlükəsizliyin böyük nailiyyəti olan ƏMTP-nin taleyi Amerikanın bu sazişdən çıxmasından sonra ciddi təhlükə ilə üzləşib. 

İranın xarici işlər nazirinin müavini deyib: Amerika nüvə sazişindən çıxmaqla nəinki beynəlxalq razılaşmanı hətta ölkələrin müstəqilliyi və suverinliyini və kütləvi qırğın silahlarının yayılmasının qadağan edilməsi istiqamətindəki səyləri zəiflətmiş oldu. 

İraqçı Avropa Birliyinin nüvə sazişinə dəstəyinin təqdirə layiq olduğunu bildirərək Avropanın siyasi dəstəyinin dəyərli olduğu ancaq kafi olmadığını deyib. 

İranın xarici işlər nazirinin müavini sanksiyanın uğursuz siyasət olduğunu bildirərək xatırladıb ki, İran illər boyu sanksiya şəraitində olub və bu şəraitdə hətta gözə çarpacaq irəliləyişlərə də nail olub. 

İraqçı deyib: Sankdiya və təhdid dilini hörmət dili əvəz etməlidir. 

Bu görüşlərdə Finlandiya rəsmiləri də bu ölkənin nüvə sazişinə tam dəstək verdiyini vurğulayaraq bildiriblər ki, rəsmi Helsinki İran ilə əməkdaşlıqların genişləndirilməsində əzmkardır.