Dek 19, 2018 10:51 Asia/Baku
  • "Dəli adam" metodu İrana qarşı istənilən nəticəni vermir

İran İslam Respublikası İslami Şura Məclisinin sədri deyib: Amerikanlar bilsinlər ki, başqa ölkələrə qarşı istifadə etdikləri "Dəli adam" metodu İrana qarşı istənilən nəticəni verməyəcək.

Nəqliyyat həftəsi münasibəti ilə keçirilən mərasimdə çıxış edən Əli Laricani deyib: Son vaxtlar Amerikanın keçmiş rəsmilərindən biri deyib ki, ABŞ prezidenti müəyyən davranışlarla özünü siyasətdə dəli adam kimi göstərməyə çalışır və bu yolla başqa ölkələri Amerikadan qorxutmaq və beləliklə də Amerika qarşısında geri oturtmaq məcburiyyətində qoymaq istəyir. 

O deyib: Həqiqət bundan ibarətdir ki, İran böyük ölkədir və İran xalqına qarşı bu kimi davranışlar amerikanlara istədikləri nəticəni qazandırmayacaq və onlar heç şübhəsiz ki, etdiklərindən peşman olacaqlar. 

İranın İslami Şura Məclisinin sədri deyib: Artıq dünyada iqtisadiyyat Amerikanın əmrləri ilə idarə olunacaq durumda deyil.