Dek 19, 2018 16:25 Asia/Baku
  • İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyası bəyanat verib
    İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyası bəyanat verib

İran İslam Respublikası İslami Şura Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Kommisiyası Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında İran ilə əlaqədar insan haqları mövzusunda qətnamənin qəbul edilməsini pisləyib.

İRİB-in verdiyi məlumata görə, İİR İŞM MTXSK bu gün İrana qarşı insan haqları mövzusundakı qətnaməni pisləyərək bildirib: İran İslam Respublikası terrorizmin qurbanıdır və İranda hər yerdən daha çox insan haqları müxaliflər tərəfindən pozulur. 

İran parlamentinin komissiyası İrana qarşı insan haqları mövzusundakı qətnamənin ikili standartlardan mənşə alan hərəkət adlandırıb. 

BMT BA Kanadanın İranda insan haqları mövzusundakı qətnaməsinə zəif əksəriyyətlə səs verib. 

Qətnamədə İrana qarşı insan haqları barədə iddialar təkrarlanıb. 

İİR XİN həmin qətnamənin 16 noyabrda baş assambleyanən üçüncü komitəsində qəbul olunmasından sonra onu rədd edərək bildirmişdi ki, bu qətnamə qərəzlidir və siyasi məqsədlər əsasında hazırlanıb. 

Teqlər