Dek 25, 2018 14:06 Asia/Baku
  • Ruhani: ABŞ İran qarşısında məğlub olacaq
    Ruhani: ABŞ İran qarşısında məğlub olacaq

İran İslam Respublikası prezidenti deyib: ABŞ-ın başlıca məqsədi İran İslam Respublikası quruluşunu təslim olmağa məcbur etməkdir. Amma, ABŞ bu məqsədinə çata bilməyəcək.

İran İslam Respublikası prezidenti Həsən Ruhani çərşənbə axşamı 1398-ci hicri şəmsi ili üçün dövlət büdcəsinin İran İslam Şurası məclisinə təqdim edilməsi mərasimində millət vəkilləri qarşısında ABŞ-ın İrana qarşı fitnələrinə işarə edərək, deyib: İran İslam Respublikası bu fitnələr qarşısında tam ayıq, möhkəm və güclü şəkildə dayanacaq.

Ruhani Amerikalıların İranın qüdrətindən qorxduğunu deyərək, əlavə edib: Amerikalılar İranı Asiyanın qərbində özləri üçün böyük bir maneə görürlər. Buna görə də İran üçün problemlər yaradırlar.

İran prezidenti ABŞ-ın daim iranı təcrid etmək iddiasında olduğuna işarə edərək, deyib: Bu gün dünyanın ən təcrid olunmuş ölkəsi elə ABŞ-ın özüdür. İran ilə nüvə anlaşmasından çıxmaq və İrana qarşı sanksiyaların tətbiq edilməsi məsələsindnə tutmuş BMT-yə, təhlükəsizlik Şurasına , Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə kimi bütün hər yerdə ABŞ digər ölkələrin dəstəyini qazana bilməyib.

Ruhani həmçinin, İranın digər ölkələr ilə əlaqələrinin genişləndirilməsini bir zərurət adlandırıb.

İran İslam Respublikası prezidenti millət vəkilləri qarşısında çıxış etdikdən sonra yeni il üçün dövlət büdcəsi layihəsini İran İslam Şurası Məclisinin sədri Əli Laricaniyə təqdim edib.

Teqlər