Dek 29, 2018 20:13 Asia/Baku
  • Zərif: İran daima Fələstin amallarına dəstək verir
    Zərif: İran daima Fələstin amallarına dəstək verir

İran İslam Respublikası xarici işlər naziri deyib: İİR həmişə Fələstin xalqının kənarında duracaq və Fələstin amallarına dəstək verəcək.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, İİR XİN başçısı Məhəmməd Cavad Zərif bu gün Tehranda Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad Ənnəxalə ilə görüşündə deyib: Fələstinə dəstək İİR XİN-in xarici siyasətinin təməl prinsiplərindən biridir. 

Ziyad da İranın Fələstin xalqına dəstəyini yüksək qiymətləndirərək deyib: İran Fələstin amalının həqiqi himayədarıdır. 

Ənnəxalə bəzi ərəb və qərb ölkələrinin müqavimətə zərəb endirmək cəhdlərinə toxunaraq deyib: Fələstin xalqı keçmişdəkindən daha əzmkar olaraq son qələbəyədək öz yolunu davam etdirəcək. 

Fələstin İslami Cihad Hərəkatının baş katibi müqavimətin keçmişdəki ilə müqayisədə daha böyük potensiala malik olduğunu bildirərək deyib: Bu potensialın nəticəsi qayıdış haqqı yürüşlərində və sionist rejimin son hücumlarının məğlubiyyətində özünü göstərdi. 

 

Teqlər