Yan 06, 2019 21:30 Asia/Baku
  • İranın qərbində 5,9 bal gücündə zəlzələ baş verib
    İranın qərbində 5,9 bal gücündə zəlzələ baş verib

İranın Kermanşah vilayətində, İraqla sərhəddə Rixter şkalası ilə 5,9 bal gücündə zəlzələ baş verib.

Zəlzələ İranın Gilaneqərb məntəqəsinin ətrafında, yerin on kilometr dərinliyində baş veribdir.

Yardımçılar hadisə yerinə göndəriliblər və indiyədək ehtimal olunan xəsarət və tələfat haqda bir məlumat yayılmayıbdır

Bu yeraltı təkan İraqın Süleymaniyyə daxil olmaqla kürdsakinli və şimal şəhərlərində, eləcə də Bağdad, Diyalə, Kərbəla, Nəcəf və Vasit vilayətlərində də hiss olunubdur.

2017-ci il noyabrın 12-də baş vermiş Rixter şkalası ilə 7,3 bal gücündə zəlzələ zamanı 620 nəfər həlak olmuş, 12 mindən çox insan da bədən xəsarəti almışdı.

Teqlər