Yan 11, 2019 09:07 Asia/Baku
  • İranın müdafiə naziri Boliviya prezidenti ilə görüşdü

İranın müdafiə naziri ilə Boliviya prezidenti arasında baş tutan görüşdə iki ölkənin beynəlxalq təşkilatlardakı əməkdaşlıqlarının artırılmasına təkid edilib.

İRNA-nın məlumatına görə, İranın müdafiə naziri general-mayor Əmir Hatəmi bu gün Venesuelanın paytaxtı Karakasda Boliviya prezidenti Evo Morales ilə görüşüb.

Görüşdə iki ölkənin beynəlxalq təşkilatlardakı əməkdaşlıqları habelə, ikitərəfli münasibətlərinin möhkəmləndirilməsinə təkid edilib.

Boliviya prezidenti də bu görüşdə İran İslam Respublikasının Asiyanın qərbində terrorizm ilə mübarizədəki rolunu alqışlayıb və iki ölkə arasında əlaqələrin genişləndirilməsinə təkid edərək, deyib: Boliviya İranın kənarındadır.

İranın müdafiə naziri general-mayor Əmir Hatəmi də Boliviyanın müstəqil və inqilabçı mövqeyə malik olmasını yüksək dəyərləndirib və Evo Moralesin prezidentliyi dövründə bu ölkənin yaxşı inkişafa nail olmasını alqışlayıb və deyib: İran bütün sahələr üzrə əlaqələrin genişləndirilməsinə hazırdır.

İranın müdafiə naziri Venesuela prezidenti Nikolas Madoronun andiçmə mərasimində iştirak etmək üçün  yüksək səviyyəli heyətin müşayiəti ilə Karakasa səfər edib.

Teqlər