Yan 11, 2019 10:20 Asia/Baku
  • Caberi-Ənsari: Tehran və Moskva Yaxın Şərqin durumunu araşdırdılar

İran xarici işlər nazirinin siyasi məsələlər üzrə baş köməkçisi Rusiyaya səfərinin davamında bu ölkə prezidentinin Yaxın Şərq və Afrika məsələləri üzrə nümayəndəsi ilə göürəşərək, onunla Suriya, Yəmən və Liviya daxil olmaqla Yaxın Şərqin, eləcə də Şimali Afrikanın son durumunu araşdırıbdır.

Hoseyn Caberi-Ənsarinin dünən axşam Rusiya prezidentinin Yaxın Şərq və Afrika məsələləri üzrə nümayəndəsi Mixail Boqdanov ilə görüşündə tərəflər həmçinin Sudan-Liviya və işğal olunmuş ərazilərin vəziyyətlərinə nəzər salblar.

Çərşənbə günündən Moskvada işgüzar səfərdə olan İran xarici işlər nazirinin siyasi məsələlər üzrə baş köməkçisi dünən Rusiya xarici işlər nazirinin müavini Sergey Veşinin və Rusiya prezidentinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyevlə də görüşlər keçiribdir.

Caberi-Ənsari bu görüşlərdə sıx Tehran-Moskva əməkdaşlıqlarının kənarında İran-Rusiya-Türkiyə üçtərəfli həmkarlıqlarının qorunması və təkmilləşdirilməsi zərurətinə təkid edibdir.

İran İslam Respublikası, Türkiyə və Rusiya Astana prosesinə zəmanətçi ölkələr kimi Suriya böhranının həllinə çalışırlar.

Teqlər