Yan 11, 2019 19:14 Asia/Baku
  • Qasemi: Amerika rejimi bir növ xroniki əsəbiliyə və məyusluğa düçar olubdur

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ dövlət katibinin əsassız ittihamlarını rədd edərək, deyib: Amerika rejimi müzakirə məhsulu olan qanuni bir anlaşmadan çıxdı və hazırda onun alternativini tapa bilmədiyi üçün bir növ xroniki əsəbiliyə və məyusluğa düçar olubdur.

ABŞ dövlət katibi Mayk Pompeo dünən Qahirədə İranofobiya planının davamında deyib: Amerikanın İrana qarşı iqtisadi sanksiyaları öz növündə tarixin ən sərt sanksiyalarıdır və bundan da sərt olacaqdır ki, İran adi bir ölkə kimi davranmış olsun.

Pompeo sonra Amerikanın İranın regional parametrlərdəki nüfuzu və təsirediciliyindən əsəbiləşməsinin kulminasiya nöqtəsindən xəbər verən bir twitt-də iddia edib ki, dünya İranın təhdidlərinin geniş miqyasından xəbərdar olubdur.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi əlavə edib: Amerika, xüsusən onun hazırkı ekstremist rejimi İran xalqı ilə uzun keçmişə malik olan düşmənçiliyinə görə, Birləşmiş Ştatlar üçün heç bir xeyri olmayan bir yolu seçibdir.

O, söyləyib: Bu, böyük bir təzaddır. Belə ki, Amerika bir tərəfdən, İran xalqı ilə düşmənçiliyini öz kulminasiya nöqtəsinə çatdırıb, digər tərəfdən də riyakarcasına özünü dialoq tərəfdarı kimi göstərir.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü sonra belə qeyd edib: İran həmişə göstəribdir ki, qonşuları ilə dinc yanaşı yaşamaq istəyir, amma Amerikanın rəftarı göstərir ki, regionda yeni bir hərc-mərclik və təfriqə salmaq ardıncadır.

Qasemi həmçinin amerikalı rəsmilərin təfriqəçilik siyasətləri və alçaqlıqları qarşısında bütün region xalqlarının sayıqlıqlarının qorunması vacibliyini vurğulayıbdır.