Yan 12, 2019 21:35 Asia/Baku
  • İranın xarici işlər naziri sabah İraqa gedəcək
    İranın xarici işlər naziri sabah İraqa gedəcək

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü deyib: İİR XİN başçısı Məhəmməd Cavad Zərif yüksək səviyyəli siyasi və iqtisadi heyətə başçılıq edərək sabah İraqa gedəcək.

İİR XİN-in mətbuat xidmətinin verdiyi məlumata görə, Bəhram Qasimi deyib: Onlarla dövlət və özəl şirkətin rəhbərləri Zərifi İraq səfərində müşayiət edəcəklər. 

İranın XİN sözçüsü deyib: İraq rəsmiləri ilə görüş, Kərbəla və Süleymaniyyə şəhərlərində İran-İraq müştərək ticarət konfransında iştirak İranın xarici işlər nazirinin İraq səfərinin proqramına daxildir. 

Teqlər