Yan 17, 2019 12:44 Asia/Baku
  • Qasımi: Polşa vətəndaşlarına turist vizasının verilməməsinə dair xəbərlər doğru deyil
    Qasımi: Polşa vətəndaşlarına turist vizasının verilməməsinə dair xəbərlər doğru deyil

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi Polşa medialarının İranın bu ölkə vətəndaşlarına turist vizasının verilməsini dayandırdığına dair xəbərlərini təsdiq etməyib.

İRNA-nın məlumatına görə, Polşanın "Zet" radio kanalı çərşənbə günü İranın Polşa vətəndaşları üçün səyahət vizasının verilməsini dayandırdığını iddia edib. 

Son zamanlar ABŞ-ın təşəbbüsü ilə fevral ayında Polşanın paytaxtı Varşavada İran əleyhinə konfransın keçirilməsinə dair xəbərlərin yayılmasının ardınca Polşanın Tehrandakı səfirliyinin müvəqqəti işlər vəikili İran İslam Respublikasının Xarici İşlər Nazirliyinə çağırılıb və Varşavada belə bir konfransın keçirilməsinə dair İranın etirazı Polşanın diqqətinə çatdırılıb. 

ABŞ dövlət katibi Mayk Pompeo ötən cümə günü Vaşinqtonun 13-14 fevralda Varşavada İran əleyhinə konfrans keçirmək niyyətində olduğunu bildirmişdi. 

Bu addım ABŞ-ın İranı region üçün təhdid qələmə verməyə dair mənfur siyasətinin davamında atılıb. 

İran İslam Respublikasının xarici işlər naziri bu məsələyə reaksiy aolaraq Vaşinqtonun bu qərarı haqda Tvitter-də yazıb: ABŞ-ın İrana qarşı son tamaşasında iştirak edənlər ya artıq dünyada yoxdurlar, ya da rüsvay olaraq, səhnədən kənarlaşmağa məcbur olublar.