Yan 17, 2019 19:30 Asia/Baku
  • İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Azərbaycan ilə əlaqələrin genişləndirilməsinə təkid etdi
    İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Azərbaycan ilə əlaqələrin genişləndirilməsinə təkid etdi

İran İslam Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisi Azərbaycana olan səfərinin sonunda iki ölkə rəsmiləri arasında baş tutan müzakirələri ətraflı və konstruktiv adlandırıb və deyib: İki ölkənin hərbi-müdafiə əməkdaşlıqları ciddi inkişafın şahidi olacaq.

İRİB-nin verdiyi məlumata görə, general-mayor Məhəmməd Baqeri jurnalistlər qarşısında verdiyi açıqlamada iki ölkə sərhədlərində sabitlik və təhlükəsizliyin olduğunu deyərək, İran və Azərbaycan sərhədçiləri arasında geniş əməkdaşlıqların olduğuu bildirib və əlavə edib: İki ölkə sərhədlərində təhlükəsizlik ötən hər gün daha da artır və bu təhlükəsizlik iki ölkə xalqının arxayın formada səfər etməsinə və iqtisadi əlaqələrin genişlənməsinə kömək edir.

General-mayor Məhəmməd Baqeri həmçinin, İran və Azərbaycan arasındakı siyasi və iqtisadi əlaqələrin ötən illərdə ölkə başçılarının qərarları əsasında sürətlə inkişaf etməsinə toxunaraq, deyib: Azərbaycan Respublikası İran xalqı və dövləti üçün qonşu, dost və qardaş ölkədir. Buna görə də əlaqələrin hazırkı səviyyəsi heç bir vəchlə kafi hesab olunmur və iki ölkə arasındakı əlaqələr qat-qat artırılmalıdır.