Yan 23, 2019 17:17 Asia/Baku
  • İnqilab Rəhbəri: Ölkənin elmi inkişaf sürəti yavaşlamamalı və ya dayanmamalıdır
    İnqilab Rəhbəri: Ölkənin elmi inkişaf sürəti yavaşlamamalı və ya dayanmamalıdır

İslam İnqilabının Böyük Rəhbəri ölkənin elmi inkişaf yolunda daha artıq sürətlə hərəkət edə bilməsi üçün hərtərəfli və fasiləsiz səylərin göstərilməsinə təkid edərək, deyiblər: Ölkənin elmi hərəkət sürəti yavaşlamamalı və ya dayanmamalıdır.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün Elm və Texnologiyaların İnkişaf Qərargahının rəsmiləri və tədqiqatçıları, elmlər naziri və universitet müəllimləri ilə görüşdə deyiblər: Yeni elmlərdən və texnologiyalardan geridə qalan xalqları gerilik, zəlillik və zorakı qüdrətlər tərəfindən istismar edilməkdən başqa bir tale gözləmir. 

İnqilab Rəhbəri İranın ötən 20 ildəki elmi inkişafının yaxşı sürətə malik olduğunu bildirib və deyiblər: Bu elmi hərəkətin sürəti azalmamalıdır. Əksinə, bu sürət qarşıdan tələn 20-30 il üçün qorunmalı, daha da artırılmalı və zirvə nöqtəyə çatdırılmalıdır. 

Həzrət Ayətullah Xamenei bəzi ölkələrin ən çətin anlarda böyük elmi inkişafın təməllərini qoyduqlarına dair tarixi nümunələrə işarə edərək, deyiblər: Bizim bu günkü vəziyyətimiz həmin ölkələrin o zamanlar təcrübə etdikləri qədər təlatümlü deyil. Buna görə də, güclü elmi dayaqlar formalaşdıra bilərik. 

İnqilab Rəhbəri elmi inkişaf üçün qərblilərin bütün imkanlarından istifadənin edilməsiə təkid edərək, deyiblər: Biz şagird olmağı özümüzə ar bilmirik. Biz, həmişəlik olaraq şagird qalmağı ayıb hesab edirik. 

Həzrət Ayətullahülüzma Xamenei daim qərblilərin tövsiyələrinə sui-zənn və şübhə ilə yanaşmaq lazım gəldiyini deyərək, əlavə ediblər: Qərb ölkələri bu gün elmi sahədə ən böyük inkişafa malik ölkələrdirlər. Amma, tarix boyu bəşəriyyətə qarşı da ən çox cinayət törətmiş ölkələrdirlər. 

Teqlər