Fev 07, 2019 10:22 Asia/Baku
  • Suriya ordusunun Türkiyə ilə sərhəddə yerləşməsi təhlükəsizliyin qorunmasının yeganə yoludur

İranın xarici işlər naziri Türkiyənin Suriyanın şimalında ehtimal olunan hərbi əməliyyatı barədə Tehran-Ankara danışıqlarından xəbər verərək, deyib: Təhlükəsizliyin qorunmasının yeganə yolu, Suriya ordusunun Türkiyə ilə sərhəddə yerləşməsidir.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif dünən "Russiya əl-Yəum" informasiya kanalı ilə müsahibədə deyib: İşğalçılığı işğalçılıqla dəyişmək olmaz, buna görə, öz ölkələrinin sahibi olan Suriya qüvvələri onu azad edərək, öz hakimiyyətlərini tətbiq etməlidirlər.

"Yalnız suriyalılar Türkiyə ilə sərhəddə bu ölkənin şimal məntəqələrinin təhlükəsizliyini bərqərar edə bilərlər" deyən Zərif əlavə edib: İran və Rusiya həll yoluna çatmaları üçün Türkiyə və Suriyaya kömək etməyə hazırdırlar.

Teqlər