Fev 10, 2019 20:41 Asia/Baku
  • General Baqeri: İran öz müdafiə gücünü artırmaq üçün bir kəsdən icazə almır
    General Baqeri: İran öz müdafiə gücünü artırmaq üçün bir kəsdən icazə almır

İran silahlı qüvələrinin baş qərargah rəisi deyib ki, İranın müdafiə qüdrəti, o cümlədən onun raket qüdrəti heç bir vəchlə müzakirəediləsi deyildir.

General-mayor pasdar Mohəmməd Baqeri inqilabın 40 illik nailiyyətləri sərgisindən baxışda müxbirlər qarşısında əlavə edib: Heç bir ölkə özünü müdafiə etmək üçün bir kəsdən icazə almır və hökumətlər xalqı və milli maraqları müdafiə etmək üçün təşkil olunurlar.

Baqeri bəzi avropalı rəsmilərin İranın raket və müdafiə gücü barədəki son sözlərinə toxunaraq, vurğualyıb: Avropalılar İran xalqına çox borcludurlar. Nüvə anlaşması məsələsində İran bütün öhdəliklərinə əməl edib və bu məsələ beynəlxalq təşkilatlar, xüsusən MAQATE tərəfindən təsdiq olunub. Amma bütün iqtisadi və bank məhdudiyyətlərini aradan götürməli olan altılıq ölkələri öz öhdəliklərinə əməl etməyiblər, amerikalılar nüvə anlaşmasından çıxıblar və başqaları da öz öhdəliklərinin icrasında səhlənkarlıq edirlər.