Fev 10, 2019 20:41 Asia/Baku
  • Ayətullah Safi-Qolpayeqani: Müsəlmanlar Mədinədə günahsız uşağın şəhadəti qarşısında susmasınlar
    Ayətullah Safi-Qolpayeqani: Müsəlmanlar Mədinədə günahsız uşağın şəhadəti qarşısında susmasınlar

Böyük təqlid mərcələrindən olan Ayətullah Lotfollah Safi-Qolpayeqani Ərəbistanın Mədinə şəhərində şiə uşağın bir vəhhabi tərəfindən şəhid edilməsindən təəssüflənərək, dünya ictimaiyyətinin bu vəhşicəsinə cinayət qarşısında susmasını pisləyib.

Ayətullah Lotfollah Safi-Qolpayeqaninin ofisi bu gün bir bəyanatda bildirib: Ərəbistanın Mədinə şəhərində şiə uşağın, çirkin anti-İslam və anti-insani təfəkkürlərə malik bir şəxs tərəfindən şəhid edilməsi təəssüflə uzun illər hərəmeyn şərifeyndə və Qurani-Kərimin nazil olduğu mərkəzdə insanları azğınlığa, zəlilliyə və Allah-Taaladan uzaqlığa çağıran, zahiri insan olan şəxslərin xəbisliklərindən xəbər verir.

Teqlər